İranın Şərqi Azərbaycanında zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ Sərab rayonunun 21 kilometrliyi, Türkmənçay rayonunun 23 kilometrliyi və Miyana rayonunun Tərk şəhərinin 26 kilometrliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Paylaş