Gürcüstanda meşə yanğını baş verib

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanın Tsxaltubo rayonunda ötən gün axşam meşə yanğını qeydə alınıb.

Biosfer.az xəbər verir ki, alov Namoxvani kəndi yaxınlığında bir neçə hektar ərazini əhatə edib.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib ki, ərazidə quru ot və kolluqlar yanır.

Yanğının söndürülməsinə ötən gün axşam saatlarından başlanılsa da, onun tam aradan qaldırılması hələlik mümkün olmayıb. Bu gün səhər saatlarından etibarən yanğının söndürülməsi istiqamətində işlər bərpa edilib.

Paylaş