Avrasiyanın ən hündür vulkanı oyandı

Google+ Pinterest LinkedIn Tumblr +

Kamçatkada Avrasiyanın fəaliyyətdə olan ən hündür Klyuçevski vulkanında zirvə püskürməsi başlayıb.

Biosfer.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

“Noyabrın 11-nə keçən gecə 3 illik səssizlikdən sonra Klyuçevski kraterində qaynar materialın axıntısı müşahidə olunub. Demək olar ki, zirvə püskürməsi başlayıb”, – Klyuçevski vulkan stansiyasının rəhbəri Yuri Demyançuk deyib.
Onun sözlərinə görə, son aylarda mütəxəssislər ara-sıra kül püskürmələri və vulkanik titrəyişləri qeydə alırdlılar.

Paylaş