Yosunlar binaları qoruyacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Son illər iqlim dəyişikliyi ilə əlaqədar olaraq alimlər, mütəxəssislər həyəcan təbili çalaraq vəziyyətdən çıxış yolu axtarırlar. Artıq bununla əlaqədar olaraq müxtəlif “yaşıl” layihələrin icrasına başlanılıb. Bu layihələr sırasında yaşayış binaları üçün hazırlanan “Şaquli Meşələr”i də misal göstərmək olar.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, artıq buna bənzər daha bir addım atılıb. Belə ki, dənizlərdən yığılan yosunlardan ibarət xüsusi bio-pərdələr yaradılıb. İdeyanın müəllifi olan Marko Poletto artıq qazların, zəhərli havanın qarşısının alınması üçün irəli sürdüyü maraqlı təklif haqda danışıb: “Sellofanların içərisinə doldurulan bu yosunlar fotosintez prosesi nəticəsində karbon oksigenə çevrilir və beləcə şəhərdə çirkli hava kütləsinin qarşısı müəyyən qədər də olsa, alınır”.

Artıq bu layihə İngiltərənin paytaxtı Londonda icra olunur. Londonda bir sıra rəsmi bianaların üzərində belə bio-pərdələr asılır. Bu bio-pərdələr binanın xarici görünüşünə xələl gətirmir.

Paylaş