İranın Qəzvin vilayətinin 700 hektardan çox ərazisi yanıb

Google+ Pinterest LinkedIn Tumblr +

21 martdan başlayaraq indiyədək İranın Qəzvin vilayətinin 717 hektar ərazisi yanıb.

Biosfer.az xəbər verir ki, bunu İranın Qəzvin vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Qüdrətulla Mehdixani deyib.

Q.Mehdixaninin sözlərinə görə, yanan ərazilərin 367 hektarı əkin və bağ ərazisi, 350 hektarı isə yaylalara aiddir.

Baş direktor əlavə edib ki, yanğınlar nəticəsində Qəzvin vilayətinə 80 milyard rial (təxminən 1,9 milyon dollar) ziyan dəyib.

Q.Mehdixani yanğınların əsas səbəbkarının insan amili olduğunu deyib.

Paylaş