Rusiyada 24 saat ərzində 53 meşə yanğını söndürülüb

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiya ərazisində 24 saat ərzində 5 min hektardan çox sahəni əhatə edən 53 təbiət yanğınını söndürmək mümkün olub.

Biosfer.az xəbər verir ki, bu barədə Federal Aviasiya Meşə Mühafizəsinin mətbuat xidmətinə istinadən RİA “Novosti” məlumat yayıb.

“Regional meşə təsərrüfatlarının dispetçer xidmətlərinin məlumatına görə, ötən 11 avqust ərzində Rusiyada sahəsi 5 min 717 hektar olan 53 meşə yanğını söndürülüb”, – deyə məlumatda bildirilir.

Son xəbərlərə görə, ölkə ərazisində sahəsi 283 min 167 ha olan 202 meşə yanğını var.

Daha çox yanğın sahəsi əvvəlki kimi İrkutsk vilayəti (146 747 ha) və Krasnoyarsk diyarında (126 125 ha) qeydə alınıb.

Paylaş