Böyük su hövzələrində plastik tullantıların həcmi 100 milyon tonu keçib

Google+ Pinterest LinkedIn Tumblr +

BMT-nin Cenevrədəki ofisində plastik tullantıların ixracının tənzimlənməsinə dair iclas başa çatıb.

Biosfer.az xəbər verir ki, 180 ölkənin iştirak etdiyi tədbirdə həmin maddələrin bəşəriyyət üçün təhlükəsi bir daha vurğulanıb. Qeyd olunub ki, dünyada hər il okeanlara və digər su hövzələrinə 8 milyon tonadək belə tullantı atılır.

Tədbir iştirakçıları təhlükəli tullantıların ixracına dair Bazel Konvensiyasının tələblərinin yerinə yetirilməsini vacib sayıblar. Ekspertlərin fikrincə, böyük su hövzələrində plastik maddələrin həcmi 100 milyon tonu keçib.

Paylaş