Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərildi

Google+ Pinterest LinkedIn Tumblr +

Paytaxtın Xətai rayonunda M.Hadi küçəsi 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, mayın 5-də nazirliyə həmin ünvanda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti qurumun əməkdaşları araşdırarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü aşkarlanıb.

Paylaş