Sumqayıtda təbiətə 4740 manat məbləğində ziyan vuruldu

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sumqayıt şəhərinin dənizkənarı bulvar ərazisində yaşköküstə 7 şam ağacının kəsilməsi faktını aşkarlayıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı ağacların “Əmioğulları-4” MMC tərəfindən yaşayış binasının tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı kəsildiyi müəyyənləşib.

Faktla bağlı qurum barəsində akt tərtib edilib və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.

Paylaş