Çində meşə yanğını: 11 min insan təxliyə edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Çinin Çenyan şəhərində (Lyaonin əyaləti) yerli vaxtla saat 13:50-də meşədə yanğın başlayıb.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, güclü külək səbəbindən yanğın tez bir zamanda böyük məsafəyə yayılıb. Yanğının söndürülməsi üçün 4 min canlı qüvvə, 2 helikopter, 6 pilotsuz uçuş aparatı və 150-dən artıq yanğınsöndürən avtomobil cəlb edilib.

Yerli vaxtla saat 21:40 üçün 11 nəfər təhlükəsiz yerlərə təxliyə edilib. Yanğın nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Yanğını səbəbi araşdırılır.

Paylaş