Yer kürəsində baş verən ən böyük fəlakət

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Cincinnati Universiteti və Çinin Geoloji Elmlər Universitetinin mütəxəssisləri kütləvi “Perm qırılmasının” əsl səbəbinin vulkan püskürmələri olduğu qənaətinə gəliblər.

Biosfer.az xəbər verir ki, alimlər 252 milyon il yaşı olan çöküntülərdə civə izləri aşkarlayıb. Həmin metalın toplandığı kömür ehtiyatlarının yanması nəticəsində planetin atmosferinə atılan civə yağış vasitəsi ilə Dünya okeanına, sonra isə bütün dünyadakı dəniz çöküntülərinə qarışıb.

Alimlər, həmçinin püskürmələrin mərkəzinin indiki Sibir ərazisində olduğunu müəyyən ediblər. Püskürmələr 100 min illər boyu davam edib, həmçinin tək vulkanlarda deyil, yer qabığındakı çatlarda da baş verib. Bundan başqa, atmosferə 3 milyon kubkilometr həcmində kül atılıb ki, bu da Yer kürəsində orta temperaturun təxminən 10 dərəcə artmasına səbəb olub.

Nəticədə qida zəncirləri pozulub və dənizlərin turşululuğu artıb, bu isə öz növbəsində dəniz növlərinin 96 faizinin, quruda yaşayan onurğalı növlərinin 73 faizinin, həşərat növlərinin 83 faizinin yox olması ilə nəticələnib. Bioloji müxtəlifliyin seyrəlməsi isə təxminən 60 min il davam edib.

Paylaş