Proqnozlar Bürosu: Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Google+ Pinterest LinkedIn Tumblr +

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyün sonuna kimi davam edəcək”.

Biosfer.az “Report”-a istinadla xəbər verir ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu müddət ərzində şimşək çaxacaq, fasilələrlə yağış yağacaq: “Bəzi yerlərdə isə intensiv xarakterli olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək”.

Paylaş