“Jurnalistlər binası”nın qarşısında 300 ağac əkildi

Google+ Pinterest LinkedIn Tumblr +

“Bu yaz özün bir təbiət yarat” devizi ilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya aprelin 14-də “Jurnalistlər binası”nın qarşısındakı ərazidə təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, aksiya zamanı nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli 300 meyvə və şam ağacı əkilib.

Ağacəkmədə jurnalistlərlə yanaşı, nazirliyin əməkdaşları da iştirak ediblər.

Xatırladaq ki, kütləvi informasiya vasitələri nümayəndələrinin təşəbbüsü ilə payızda keçirilmiş aksiya çərçivəsində həmin ərazidə 200-dən çox ağac əkilmişdi.

Paylaş