Azərbaycanda 60 mindən çox ağac əkildi

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlişi münasibətilə ölkə ərazisində 60 mindən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib.

Biosfer.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə yaz ağacəkmə mövsümündə Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində, ümumilikdə, 550 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. Ağacəkmə aksiyaları davam edir.

Paylaş