Çində faciə: 10 nəfər qarın altında qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Çinin Sintzyan-Uyğur muxtar rayonunda qar uçqunu baş verib.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qar uçqunu nəticəsində 10 nəfər qarın altında qalıb.

Bildirilir ki, hazırda xilasetmə əməliyyatı aparılır. Qarın altında qalan insanlardan 1-i yüngül, 1-i isə ağır xəsarətlər alıb. Onların “GPS”i, təxminən bir sutkalıq yeməkləri və peyk telefonları var.

Qeyd edilir ki, peyk telefonunun vasitəsilə qarın altında qalan şəxslər xilasedicilərlə əlaqə qururlar.

Məlumata əsasən, xilasetmə əməliyyatında 2 helikopter cəlb edilib.

Paylaş