Gürcüstanda zəlzələ oldu, Azərbaycanda da hiss olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Aprelin 7-də Zaqatala stansiyasından 43 kilometr cənubda – Gürcüstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Paylaş