İki puma 4 yaşlı uşağa hücum etdi – DƏHŞƏT

Google+ Pinterest LinkedIn Tumblr +

Kanadanın Vankuver adasında iki vəhşi puma azyaşlı uşağa hücum edib.

Biosfer.az Report-a istinadən xəbər verir ki, hadisə Leyk-Koviçan şəhərində baş verib. Belə ki, adanın parkında 4 yaşlı uşağa iki puma hücum edib. Uşaq baş, boyun və əl nahiyəsindən ciddi xəsarət alıb.

O, dərhal helikopterlə xəstəxanaya aparılıb. Təbiətin mühafizəsi üzrə məsul şəxslər hadisə baş verən əraziyə baş çəkib və iki zəif pumanı aşkar ediblər. Bildirilib ki, pumalar ac olduqlarına görə uşağa hücum edib. Hər iki puma güllələnərək öldürülüb.

Paylaş