Çində içərisində yumurta olan daşlaşmış quş tapıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Çin Elmlər Akademiyasının Paleontologiya və Paleoantropologiya İnstitutundan olan mütəxəssislər Pekində içərisində yumurta olan daşlaşmış quş aşkar ediblər. Alimlər hesab edirlər ki, quşun ölməsinə səbəb yumurta qoya bilməməsi olub. Onların sözlərinə görə, bu, ilk belə tapıntıdır.

Biosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, daşlaşma Qansu əyalətinin Çan-Ma kəndində aparılan qazıntılar zamanı aşkarlanıb. Qalıqları tapılan quş növü 110 milyon il bundan əvvəl formalaşıb. Alimlər quşu “Avimaia schweitzerae” adlandırıblar.

“Daşlaşma çox gözəl qorunub saxlanılıb. Biz onun bir hissəsinin mikroskop altında tədqiq etdik. Ətraflı təhlil göstərdi ki, quşun reproduktiv sistemi pozulub. Yumurtanın qabığı çoxlaylı idi ki, bu da lələklilər sinfinə xas olan əlamət deyil. Bu, onu göstərir ki, yumurta balalıq yolunda lazımi olduğu müddətdən daha çox qalıb”, – deyə doktor Alida Beylleul bildirib.

“Avimaia schweitzerae” dinozavrlar dövründə quşların necə yaşamaları, onların öz balalarının qayğılarına necə qalmaları və öz müasirlərindən nə ilə fərqlənmələri barədə alimlərə məlumat toplamaqda yardımçı olacaq.

Paylaş