Meksika səmasında UNO göründü – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Məşhur meksikalı ufoloq Pedro Ramires “YouTube” kanalında qeyri-adi video çarx yayımlayıb.

Biosfer.az ölkə.az-a istinadən xəbər verir ki, video bir neçə gün əvvəl lentə alınıb. Müəllif adını gizli saxlasa da, kadrları Pedroya göndərib.

Video görüntülərdə buludlu səmada uçan qeyri-adi obyekt görünür. Yuxarı qalxan UNO-nun oval forması və tünd rəngi var. Korpusun mərkəzində isə iri və işıldayan nəsə var.

Sirli obyekt çox sürətlə hərəkət etsə də, onu lentə almaq mümkün olub. Ramires və bir sıra ufoloqun fikrinə əsasən, bu kadrlar yadplanetlilərin mövcudluğunu sübut edən faktlardan biridir.

Paylaş