Bayram günlərinnin HAVA PROQNOZU

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə edilir və sürəti 25-28 metrə bərabərdir. Güclü külək martın 19-da axşam saatlarında səngiyəcək. Martın 20-də mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında, o cümlədən regionlarda hava yağıntılı olacaq. Paytaxtda və yarımadada havanın hərarəti 9 dərəcəyə yaxın olacaq.

Biosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

Direktor bildirib ki, martın 21-də ölkə ərazisində əsl yaz havası müşahidə ediləcək. Respublika ərazisində hava yağmursuz olacaq, havanın hərarəti tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 12-14 dərəcəyə bərabər olacaq.

Paylaş