Leopard balası belə xilas edildi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Maxaraştra ştatında yerli sakinlər quyuya düşən leopard balasını xilas edib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Mançar şəhərində  baş verib. Quyunun yaxınlığından keçən fermerlərdən biri burada balaca leopardın köməksiz vəziyyətdə qaldığını görüb və dərhal xilasedicilərə məlumat verib.

Xilasetmə əməliyyatını yerli mətbuat orqanlarından biri lentə alıb. Xilas edilən heyvan təbiətə buraxılıb.

Paylaş