Keçi “Fəxri Bələdiyyə sədri” oldu

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Vermont ştatında Linkoln adlı keçi, Feyr Hevn qəsəbəsində “fəxri bələdiyyə sədri” seçilib.

Biosfer.az ABŞ mətbuatına istinadla xəbər verir ki, təxminən 2500 əhalisi olan qəsəbənin fəxri bələdiyyə sədri bir keçi olub. Qəsəbənin idarəçisi Co Qanter, yerli media orqanlarına verdiyi müsahibəsində qəsəbənin bələdiyyə sədri olmadığını, bu səbəbdən də hər hansı bir heyvanı referendumla “fəxri bələdiyyə sədri” seçməyi qərar verdiklərini deyib.

Qeyd edək ki, Linkolnla birgə referenduma 16 heyvan daha qoşulub və o, mövcud 53 səsdən 13-nü alaraq bu “post”a yüksəlib.

Paylaş