Narkoman tutuquşular – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Madxa-Pradeş ştatında fermerlər narkoman tutuquşulardan bezib. 

Biosfer.az “Ren TV”yə istinadən xəbər verir ki, son bir neçə ayda lalə yetişdirməklə məşğul olan təsərrüfatçılar mütəmadi olaraq tiryək asılılığı yaranmış tutuquşuların hücumlarından əziyyət çəkirlər.

Yerli sakinlər səsgücləndiricilər və fişənglərlə quşları qorxudub sahələrdən uzaq tutmağa çalışırlar. Fermerlər hökumətin bu problemlə əlaqədər heç bir addım atmamasından şikayələnirlər. Onların sözlərinə görə, bir tutuquşu gün ərzində 40 çiçək yeyir ki, onların da hər birinin tərkibində 20-25 qram opium (tiryək) var. Bəzən quşlar hətta çiçəkləri qoparıb özləri ilə aparırlar.

Qeyd edək ki, lalə sahələrinə narkoman quşların hücumu ilk dəfə 2015-ci ildə qeydə alınıb və hələ də davam edir.

Paylaş