Martın 8-də hava necə olacaq?

Google+ Pinterest LinkedIn Tumblr +

Mart 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

“Arabir güclənən şimal küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 metrə çatacağı gözlənilir. Havanın temperaturu qış ayları üçün səciyyəvi 8 dərəcə olsa da, ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”,- deyə departamentin direktoru qeyd edib.

Paylaş