Gürcüstanda qızılcaya yoluxma halları artıb

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanda qızılca xəstələyinə yoluxma halları artıb. Bu günədək ölkədə 2100 nəfərdən çox insan qızılcaya yoluxub, bir nəfər isə bu virusdan ölüb.

Biosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Paata İmnadze məlumat verib. O deyib ki, Gürcüstanda qızılca əleyhinə kifayət qədər peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar.

P.İmnadze ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub. Bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb.

Onun sözlərinə görə, qrip virusunun yayılması aprel ayının ikinci yarısına qədər davam edəcək.

Paylaş