Azərbaycanda yeni ekoturizm konsepsiyası hazırlanacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanda ekoturizmə maraq artır. Yalnız milli parklarda həyata keçirilən ekoturizm təbiətdən zövq almaq və onu dərk etmək məqsədi daşıyır. Ölkəmizdə ekoturizmin inkişafı üçün potensial var. Azərbaycanda iki ay ərzində yeni ekoturizm konsepsiyası hazırlanacaq. Hazırda xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparılır.

Biosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.

“Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda ölkəmizə almaniyalı ekspert gələrək milli parklarla tanış olub. Apreldə isə Çexiyadan mütəxəssisin gələcəyi gözlənilir. O, bizə milli parklarda nişanlama işlərinin aparılmasına kömək edəcək”, – deyə departamentin direktoru bildirib.

Paylaş