İsmayıllıda intensiv meyvə bağlarının sahəsi genişləndirilir

Google+ Pinterest LinkedIn Tumblr +

İsmayıllıda son illər rayon üçün ənənəvi olan, bölgə iqtisadiyyatında xüsusi yer tutan meyvəçilik intensiv yolla inkişaf edir. Yeni meyvə bağları salınarkən sıxlaşdırılmış əkin üsulundan istifadə etməklə daha məhsuldar sortlardan istifadə edilir.

Biosfer.az xəbər verir ki, ərazidə əsasən, məhsulu ixracyönümlü olan yeni alma, qoz, fındıq, badam, xurma bağlarının salınmasına üstünlük verilir. Təkcə ötən il rayon üzrə 1102.6 hektar, o cümlədən 977.3 hektar fındıq, 45 hektar alma, 44 hektar qoz, 15.3 hektar badam, 10 hektar xurma bağları salınıb.

Rayonda meyvə bağları salınarkən, bitkilərin bioloji xüsusiyyətləri, torpaq iqlim şəraiti nəzərə alınmaqla, damcı suvarma sistemi də tətbiq olunur.

Qeyd edək ki, intensiv meyvə bağları daha çox rayonun Qalınçaq, Quşencə, Topçu, Kəlbənd, Gəraybəyli kəndlərinin ərazilərində salınıb. (Azərtac)

Paylaş