İranda qum qasırğası: 25 nəfər xəstəxanalıq oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğası nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib.

Biosfer.az xəbər verir ki, ötən gecədən rayonda başlayan qum qasırğası nəticəsində 19 kəndlə əlaqə kəsilib. 150-dən çox kənd güclü qum qasırğası ilə üzləşib.

Qasırğanın çox təhlükəli olduğunu deyən İranın Kirman vilayəti Riqan rayonunun qubernatoru Əmin Baqiri bütün əlaqədar dairələrin hazır vəziyyətə gətirildiyini bildirib.

Ə.Baqiri ötən iki il ərzində qum qasırğası nəticəsində əhalinin 16 kəndi tərk etdiyini deyib.

Paylaş