Təbiətin oyanışı milli parklarda da hiss olunur – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Yazın gəlişi ilə bütün canlı təbiət, torpaq oyanmağa başlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, milli parklarda təbiətin oyanışı, yazın ilk əlamətləri quşların yuvalama yerlərinə miqrasiyası, bənövşə, nərgiz, novruz güllərinin, yovşan kollarında baş qaldıran yeni cücərtilərin özünəməxsus tünd qoxusundan da bəlli olur.

Təbiətin gözoxşayan dəyişikliklərini müşahidə etmək, yazın ətrini duymaq istəyənlər milli parklara səyahət edə bilər.

Paylaş