“Alov şəlaləsi” – Təbiətin möcüzəsi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Kaliforniya ştatında yerləşən Yosemite Milli Parkını ziyarət edən turistlər qeyri-adi bir hadisəyə şahidlik edib.

Biosfer.az xəbər verir ki, turistlər “alov şəlalə”sini maraqla izləyib. Belə ki, hər ilin fevral ayında baş verən bu təbiət hadisəsini izləmək istəyən minlərlə turist milli parka axın edir.

Yosemite şəlaləsindən axan sular günəş şüalarının təsiri ilə rəngini dəyişərək sanki alova çevrilir. Batan günəşin şüalarını əks etdirən şəlalə axan lava və ya ərimiş metal illüziyası yaradır.

Qeyd edək ki, El Kapitan dağının şərq yamacında yerləşən şəlalənin hündürlüyü 650 metrdir.

Paylaş