Şəhər əhalisinin 90 faizi çirklənmiş hava ilə nəfəs alır

Google+ Pinterest LinkedIn Tumblr +

Vətəndaşların təhlükəsiz ətraf mühit hüququnu 150-dən çox dövlət tanıyıb. Bununla belə, şəhər əhalisinin 90 faizi çirklənmiş hava ilə nəfəs alır. Nəticədə hər il 7 milyon insan, o cümlədən 600 000 uşaq ölür.

Biosfer.az BMT-nin saytına istinadla xəbər verir ki, bu sözləri qurumun Baş katibi Antonio Quterreş deyib.

A.Quterreş xatırladıb ki, iqlim dəyişmələri aclığa gətirib çıxarır və xüsusilə əhalinin ən zəif müdafiə olunan təbəqələrinə ciddi təsir göstərir. O bildirib ki, sentyabrın 23-də iqlim dəyişmələrinə dair sammit keçirmək niyyətindədir və bu işdə BMT-nin İnsan Hüquqları Şurasının üzvü olan dövlətlərin dəstəyinə ümid bəsləyir.

Paylaş