Yaponiyada şiddətli zəlzələ – Xəsarət alanlar var

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın şimalında 5,7 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, yeraltı təkanların episetnri Hokkaydo adasının cənub-qərbində, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Bildirilir ki, yeraltı təkanlar 4 prefekturada hiss edilib. Zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb. Yaralananların xəsarətlərinin ciddi olmadığı deyilir.

Bildirilir ki, hazırda azı 74 evə su təchizatı dayandırılıb. Regionda dəmiryolu əlaqəsinin bir hissəsi fəaliyyət göstərmir.

Paylaş