Ebeko vulkanı 3,6 km hündürlüyə tüstü püskürdü

Google+ Pinterest LinkedIn Tumblr +

Paramuşir adasında (Şimali Kuril adaların, Saxalin əyaləti) yerləşən Ebeko vulkanı tüstü püskürüb.

Biosfer.az xəbər verir ki, tüstünün hündürlüyü 3,6 kilometrə çatır. Tüstü şərq istiqamətində 5 kilometr məsafəyə yayılıb.

Ebeko bulkanı (1156 metr) Şimali Kurilsk şəhərindən 7 km şimal-qərbdə yerləşib. 2012-ci ildə püskürmədən sonra 2016-cı ilə qədər sükut dövrü yaşayıb.

Paylaş