Safari-parkında dişi Amur pələng öldürüldü

Google+ Pinterest LinkedIn Tumblr +

Böyük Britaniyanın Lonqlit safari-parkında pələnglərin dalaşması nadir dişi Amur pələnginin ölümü ilə nəticələnib.

Biosfer.az BBC-yə istinadla xəbər verir ki, 13 yaşlı “Şouri” adlı dişi pələng parkda 2006-cı ildən məskunlaşıb. Naməlum səbəblərdən “Şouri” digər iki pələngin – “Red” və “Yana”nın olduğu hər tərəfdən qəfəslənmiş əraziyə keçib. Bundan sonra heyvanlar arasında dalaşma başlayıb.

Hadisə baş verərkən park bağlı olub. “Red” və “Yana” zərər çəkməyiblər.

Parkdan bildiriblər ki, hadisənin hansı vəziyyətdə baş verməsinin öyrənilməsi məqsədilə təhqiqat aparılır.

Paylaş