Kuril adaları sahillərində ardıcıl 3 zəlzələ

Google+ Pinterest LinkedIn Tumblr +

Kuril adaları sahilərində 5 bal gücündə ardıcıl 3 zəlzələ olub.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəhbəri Yelena Semnyonova bildirib.

Y.Semyonova deyib: “5 bal gücündə 3 zəlzələ Sakit okeanda, Kuril adaları sahillərində çərşənbə günü qeydə alınıb. İlk yeraltı təkan saat 20:25-də, ikinci və üçüncü isə 21:02 və 22:43-də qeydə alınıb. Yeraltı təkanların episetnri Urup adasından 170 kilometr cənub-şərqdə və Simuşira adasından 220 kilometr cənubda yerləşib. Hər iki adada insanlar yaşamır”.

Onun sözlərinə görə, zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.

Paylaş