Günəşin yaxınlığında qəribə obyekt – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Günəşin ətrafında müntəzəm olaraq kubşəkilli obyekt görünür.

Biosfer.az ölkə.az-a istinadən bildirir ki, növbəti anomal hadisəni amerikalı ufoloqlar bir neçə gün əvvəl müşahidə ediblər.

Müstəqil tədqiqatçıları isə üç məsələ maraqlandırıb:

1.Müəmmalı obyektin dəqiq kvadrat forması var və təbii ola bilməz;

2.Ölçüləri çox böyükdür və onu yadplanetli gəmisi adlandırmaq şərtidir. Çox güman ki, hansısa texniki əşyadır;

3.Bu obyekt bir neçə saniyəlik peyda olur və qəfil də yoxa çıxır. Onun paralel dünyada olduğu və Günəşin sayəsində üzə çıxdığı ehtimal edilir.

Ufoloqlar məsələni yadplanetlilərlə əlaqələndirirlər. Onların fikrinə görə, yadplanetlilər Günəşdən enerji mənbəyi kimi istifadə edib yoxa çıxırlar.

Alimlər isə bu versiyanı qəbul etmirlər.

Paylaş