Badam çiçəyi festivalı böyük maraqla qarşılandı

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin Muğla vilayətinin Datça rayonunda keçirilən 2-ci badam çiçəyi festivalı başa çatıb.

Biosfer.az xəbər verir ki, Datça İcra Hakimiyyəti və bu rayonun bələdiyyəsi ilə Muğla Ticarət və Sənaye Palatası (MUTSO) tərəfindən birgə təşkil olunan festival üç gün davam edib.

Festivalın məqsədi bölgənin təbii gözəlliyini, o cümlədən badam bağlarını və gözoxşayan parkları, həmçinin badamçılıqdan əldə olunan məhsulları tanıtmaqdır. Bildirilir ki, builki festivala Türkiyənin İzmir, Manisa, Aydın, Dənizli, Uşak, Burdur, İsparta və Antalyadan gələn ziyarətçilərin sayı 50 mindən çox olub.

Paylaş