Ötən il Azərbaycanda 1614,1 ton balıq ovlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadənin təmin olunmasında balıq ovunun tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ötən il ölkədə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton balıq ovlanıb..

Dövlət Statistika Komitəsindən Biosfer.az-a bildirilib ki, bu rəqəm 2017-ci illə müqayisədə 67,3 faiz çoxdur

Məlumata görə, ovlanmış balıqların 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.

Paylaş