İspaniya meşə sahəsinə görə Avropada ikinci yerdədir

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniya 18 milyon hektar meşə sahəsinə malikdir. Bu da onu meşə sahəsinə görə İsveçdən sonra Avropada ikinci ölkə edir.

Biosfer.az xəbər verir ki, İspaniyada təqribən 7,5 milyard ağac var. Onların arasında palıd və Hələb şamı üstünlük təşkil edir. Mantar ağacları da geniş yayılıb.

Ekspertlər bildirirlər ki, hazırda İspaniya meşələrinin 80 faizi şəxsi mülkiyyətdədir. Bu, xüsusilə Qalisiya, nisbətən az dərəcədə Kastiliya və Leon əyalətlərinə aiddir.

Mütəxəssislər meşə təsərrüfatlarını lazımınca idarə etmək, onların iqtisadi potensialını inkişaf etdirmək üçün tədbirlər görməyə çağırırlar. Ekspertlərin sözlərinə görə, bu, yeni iş yerləri yaratmağa, habelə regionların depopulyasiyasının qarşısını almağa kömək edəcək.

Paylaş