Panda balaları üçün qeyri-adi bayram

Google+ Pinterest LinkedIn Tumblr +

Çinin Volonq təbiət qoruğunun əməkdaşları Çin Yeni ili münasibətilə panda balalarına bayram təşkil ediblər. Bu barədə “Yahoo Singapore” məlumat yayıb.

Biosfer.az “RİA Novosti”yə istinadla xəbər verir ki, qoruğun əməkdaşları ərazinin bir hissəsini ənənəvi Çin oyuncaqları ilə bəzədikdən sonra panda balalarını oraya gətiriblər. Pandalar qoruq əməkdaşlarının qucağında çox qalmayaraq sərbəst oynamağa başlayıb. Bu, keçən il doğulmuş 11 panda balasının tamaşaçılar qarşısına ilk çıxışı olub.

Paylaş