Braziliyada FACİƏ: 99 ölü

Google+ Pinterest LinkedIn Tumblr +

Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın Mülki Aviasiyasının polkovnik-leytenantı Flaviu Qodinyu bildirib.

“Hazırda ölənlərin sayı 99 nəfərdir. Onlardan 55-nin şəxsiyyəti müəyyənləşdirilib”, – deyə o, keçirdiyi mətbuat konfransında bildirib.

Qodinyu əlavə edib ki, daha 259 nəfər itkin düşmüş hesab olunur.

Paylaş