Bu gün bəzi ərazilər susuz qalacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün Bakının Binəqədi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrinə içməli suyun verilməsinə məhdudiyyət olacaq.

Bu barədə Biosfer.az-a “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, suyun kəsilməsi magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Paylaş