Braziliyada bənd uçdu: ölənlər var – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Braziliyada bəndin uçması nəticəsində onlarla insan həlak olub.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində azı 50 nəfər həlak olub.

Eyni zamanda Minas-Jerays ştatının qubernatoru Romeu Zema “Globo” telekanalına bildirib ki, 7 nəfərin cəsədi aşkarlanıb.

Bəndin aid olduğu “Vale” dağ-mədən şirkətindən bildirilib ki, uçma zamanı onun 300 əməkdaşı hadisə yerində işləyirmiş. Onların 100-nün olduğu yer müəyyənləşdirilib, digərlərinin taleyi hələ məlum deyil.

Paylaş