İqlim dəyişmələrinə qarşı mübarizəyə 235 milyard avro ayrılacaq

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniyanın Baş naziri Pedro Sançes hökumətin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı tədbirlərə yaxın 10 ildə 235 milyard avro ayırmaq niyyətində olduğunu elan edib.

Biosfer.az İspaniya KİV-lərinə istinadla xəbər verir ki, ispan hökuməti ölkədə 6 ilə yaxın davam edən iqtisadi böhranı səbəb gətirərək, uzun müddət ərzində bu sahədə fəaliyyətsizliyinə görə üzrxahlıq edib.

P.Sançes bildirib ki, 2021-2030-cü illər üçün energetika və iqlim dəyişmələri sahəsində tədbirlər planı yaxın gələcəkdə Avropa İttifaqı səviyyəsində də təqdim olunacaq.

P.Sançes əlavə edib ki, ölkənin tamamilə bərpaolunan enerji mənbələrinə keçəcəyi təqdirdə, – bunun da icrası 2050-ci ilə planlaşdırılır, – şaxtalarda işlərini itirəcək insanlara yeni iş yerləri yaradılmalıdır.

Paylaş