Şiveluç vulkanı 4 km hündürlüyə tüstü püskürdü

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Kamçatka diyarında Şiveluç vulkanı 4 kilometr hündürlüyə tüstü püskürüb.

Biosfer.az xəbər verir ki, tüstü cənub-qərb istiqamətində yayılır. Vulkan üçün “narıncı təhlükə” kodu təyin olunub, bu da o deməkdir ki, tüstü aşağı məsafədən uçan gəmilər üçün təhlükəlidir.

Qeyd edək ki, Şiveluçun hündürlüyü 3283, aktiv hissəsinin ən yüksək nöqtəsi isə 2800 metrdir, yaşı – 60-70 yaş. Şiveluç Kamçatkanın fəaliyyətdə olan ən şimal vulkanıdır.

Paylaş