Müsəlman ölkəsini sel aparır – Ölənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyanın Sulavesi adasının cənub hissəsində yağan şiddətli yağışlarla əlaqədar meydana çıxan sel insan ölümlərinə səbəb olub.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər dünyasını dəyişib.

Selin dağıtdığı evlərdə yaşayan şəxslərin evakuasiyası davam edir.

Qeyd edək ki, tropik iqlim qurşağında yerləşən İndoneziyada yağışların mütəmadi olaraq yağması ilə əlaqədar bu cür təbii fəlakətlər tez-tez baş verir.

Onu da xatırladaq ki, bu günlərdə İndoneziyada güclü zəlzələ baş vermiş, xeyli sayda insan həyatını itirmişdi.

Paylaş