İmişlidə ov edən ərəblər saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İmişli rayonunun Xəlfəli kəndinin yaxınlığında icazəsiz ov edən əcnəbi vətəndaşları saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, brakonyerlərin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Suhail Ali Obaid Dhaher Almuharrami və Mubarak Mohammed Salem Balmur Alameri olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub. Brakonyerlər ümumilikdə 4330 manat məbləğində cərimələniblər.

Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən bəzgək quşları götürülərək təbiətə buraxılıb.

Paylaş