Evə girən leopard 3 yaşlı körpəni parçaladı – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Barı Benqal bölgəsində dəhşətli hadisə baş verib.

Biosfer.az ölkə.az-a istinadən bildirir ki, Puja Oraon adlı qadın axşam saatlarında 3 yaşlı qızı Pranita ilə evin həyətində yemək bişirəndə leopard hücumuna məruz qalıb. Kolluqlar arasından qəfil çıxan leopard ananın qucağındakı uşağı qaçırıb.

3 yaşlı körpənin meyiti evlərindən 2 km uzaqda aşkar edilib. Ana uşağını xilas etmək üçün əlindən gələni etdiyini amma yırtıcı çox güclü olduğu üçün körpəsini xilas edə bilmədiyini deyib.

Kənd məktəbinin müəllimi Sibu Çhetri ananın səsinə bütün kənd sakinlərinin yardıma qaçdığını amma leopardı tuta bilmədiklərini deyib. Hadisə yerinə gələn polis və təcili yardım briqadası 5 həftə ərzində artıq 3 körpənin leopard hücumuna məruz qaldığını bildirib. Buna rəğmən rəsmilərin lazımlı addımlar atılmadığını deyərək etiraz aksiyası keçirilib.

Paylaş