Plastik tullantılar üçün 152 xüsusi konteyner yerləşdirilib

Google+ Pinterest LinkedIn Tumblr +

Plastik tullantıların xüsusi konteynerlərə toplanmasını və ətraf mühitə təsirinin azaldılmasını təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başladılan kampaniya davam edir.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, plastik qabların toplanması və çeşidlənməsi üçün artıq 37 şəhər və rayonda 152 xüsusi konteyner yerləşdirilib.

Nazirlik hər bir vətəndaşı sağlam ətraf mühit naminə polietilen məmulatlardan istifadənin azaldılması istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə və ətraf mühitin mühafizəsinə öz töhfəsini verməyə çağırır.

Paylaş