Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-100 faizini təşkil edir.
Departamentdən Biosfer.az-a bildiriblər ki, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 105 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 56 kubmetr təşkil etməklə ongünlük normanın 84 faizinə bərabərdir.
Yanvarın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 8, Salyan və Bankə məntəqələrində 2 santimetr azalıb. Lakin suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr artıb.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 435, Şirvanda 323, Salyanda 286, Bankədə 246, Araz çayının Novruzlu məntəqəsində isə 163 santimetrə bərabərdir.